Hörmüzdə gərginlik artır: İran gizli qüvvələrini yerləşdirdi

Dünya

12.05.2026 01:00

İran Hörmüz boğazında mini-sualtı qayıqlar yerləşdirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, bunlar Tehranın boğazın görünməz qoruyucuları adlandırdığı "Qədir" sinifli kiçik sualtı qayıqlardır.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesablamalarına görə, İranın ən azı 16 belə sualtı qayığı var. Hər biri iki torpeda və ya Çin istehsalı olan iki "C-704" gəmi əleyhinə raket daşıya bilər.

Bu qərar ABŞ lideri Donald Trampın gəmilərin ABŞ ordusu tərəfindən müşayiət oluna biləcəyi barədə açıqlamasından sonra verilib.

Ekspertlər hesab edirlər ki, sualtı qayıqların əsas məqsədi təkcə hücumlar həyata keçirmək deyil, həm də güc nümayiş etdirməkdir.

TodayPress TV

tag: İran ,Hörmüz,Qədir,ABŞ ,TodayPress TV,