Hörmüz böhranı fonunda gizli ixrac - BƏƏ-nin planı ÜZƏ ÇIXDI
Dünya
07.05.2026 22:43
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) gizli ixracat həyata keçirmək üçün izləmə sistemlərini söndürərək neft tankerlərini blokadaya alınmış Hörmüz boğazından gizlicə keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilib ki, aprel ayında Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ən azı 4 milyon barel "Upper Zakum" və 2 milyon barel "Das" markalı neft ixrac etməyə müvəffəq olub. Boğazdan gizli keçidi təmin etmək üçün dörd tankerdə yerləşdirmə sistemləri söndürülüb.
Bu addımlar regionun digər tədarükçüləri olan İraq, Küveyt və Qətərin ticarəti dayandırdığı və ya qiymətləri kəskin şəkildə aşağı saldığı bir vaxtda Əmirliklərin satışları qoruyub saxlamaq üçün hansı risklərə getməyə hazır olduğunu nümayiş etdirir.
Səudiyyə Ərəbistanı hazırda tədarük üçün yalnız Qırmızı dənizdən istifadə edir.
Məlumata görə, yüklər ya başqa bir gəmiyə köçürülərək sonradan Cənub-Şərqi Asiyaya çatdırılıb, ya Omandakı anbarlara boşaldılıb, ya da birbaşa Cənubi Koreyadakı neft emalı zavodlarına göndərilib.
Aysel Mətləb
tag: BƏƏ,Neft,Hörmüz,İxrac,TodayPress TV,
