Hindistanlı Microsoft proqramçısı Rusiyada xadimə işləyir

Dünya

20.12.2025 18:45

Keçmişdə Microsoft ilə əməkdaşlıq etmiş Hindistan vətəndaşı Mukeş Mandal Rusiyaya köçərək Sankt-Peterburqda kommunal xidmətlər sektorunda xadimə vəzifəsində işə başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Fontanka” nəşri məlumat yayıb.

26 yaşlı Mandal bildirib ki, Rusiyada təxminən bir il işləyərək pul qazanmağı, sonra isə Hindistana qayıtmağı planlaşdırır. O, köçməzdən əvvəl Hindistanda İT sahəsində çalışıb və süni intellekt, çatbotlar və GPT kimi alətlərlə işlədiyini deyib.

Mandal istənilən işi ləyaqətli hesab etdiyini, peşələr arasında prinsipial fərq görmədiyini vurğulayıb. Hazırda o və digər Hindistan vətəndaşları şəhər küçələrinin təmizlənməsi ilə məşğuldur; aylıq gəlirləri təxminən 100 min rubl təşkil edir.İşəgötürən onları yaşayış yeri və yeməklə də təmin edir.

Jalə Rövşən 

TodayPress TV

tag: Rusiya,Hindistanlı ,Xadimə,Microsoft,Todaypress.tv,