Hava limanlarında BÖHRAN: 13 aeroport...
Ukrayna Rusiyada aeronaviqasiya binasına dron zərbəsi endirib, 13 aeroportun fəaliyyəti dayandırılıb
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.
Hücum nəticəsində Rusiyanın cənubunda 13 hava limanının fəaliyyəti dayandırılıb.
“Həştərxan, Vladikavkaz, Volqoqrad, Gelencik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elista aeroportlarının fəaliyyəti müvəqqəti dayandırılıb”, – deyə məlumatda bildirilib.
Nicat Osmanlı