Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri saxlanıldı

Dünya

23.12.2025 12:12

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili külli miqdarda rüşvət aldığına görə həbs edilib. 

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" agentliyi baş prokuror Giorgi Qvarakidzeyə istinadən məlumat verib.

Liluaşvilinin bir qrup şəxs tərəfindən əvvəlcədən planlaşdırılmış, xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunduğu və bunun 11 ildən 15 ilə qədər həbs cəzası ilə nəticələndiyi bildirilib.

Xatırladaq ki, oktyabrın əvvəlində Gürcüstanda hökuməti devirməyə cəhd etməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb. Oktyabrın 4-də ölkədə yerli seçkilər keçirilib və vətəndaşlar şəhər və bələdiyyə merlərini, eləcə də şəhər şurası üzvlərini seçiblər. Bu fonda müxalifət üzvləri Tbilisidə etiraz aksiyası keçiriblər və bu etiraz polislə toqquşmalara çevrilib. Göz yaşartıcı qazdan istifadə edilib, insanlar yaralanıb və etirazçılar prezident sarayına basqın etməyə cəhd ediblər. 

Aysel Mətləb

TodayPress TV

tag: Gürcüstan,DTX,Rəhbər,Həbs,Todaypress.tv,