Fransanın dövlət borcu ÜDM-nin 117%-ni keçdi

Dünya

19.12.2025 14:22

Fransanın dövlət borcu 2025-ci ilin üçüncü rübünün sonuna təxminən 4,07 trilyon ABŞ dollarına çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (INSEE) məlumat yayıb.

Bildirilib ki, bu göstərici ölkənin ümumi daxili məhsulunun (ÜDM) 117,4 faizinə bərabərdir.

Üçüncü rübdə Fransanın dövlət borcu təxminən 77 milyard dollar, ikinci rübdə isə təxminən 83 milyard dollar artıb.

Məlumatlar Fransa parlamentində 2026-cı il dövlət büdcəsi ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda açıqlanıb. Sosial təminat büdcəsi artıq Milli Assambleya tərəfindən qəbul edilib və bu sahədə kəsirin təxminən 22,7 milyard dollar olacağı gözlənilir.

Hökumət 2026-cı ildə büdcə kəsirini ÜDM-nin 5 faizindən aşağı salmağı planlaşdırır. Uzunmüddətli məqsəd isə 2029-cu ildə bu göstəricini 3 faizdən aşağı endirməkdir. Dövlət borcunun və büdcə kəsirinin yüksək səviyyədə qalması Fransaya olan maliyyə etimadını zəiflədib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Fransa,ÜDM,Borc,Artım,Todaypress.tv,