“Fordo, Natanz, İsfahan — Vaşinqton masaya ağır tələblər qoydu

Dünya

07.05.2026 09:44

ABŞ Pakistanda keçirilən danışıqlar zamanı İrana uranın zənginləşdirilməsinin 20 illik moratoriumunu (dayandırılmasını) təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Bu addım Vaşinqtonun əvvəllər irəli sürdüyü “tam və daimi dayandırılma” tələbi ilə müqayisədə müəyyən yumşalma kimi qiymətləndirilir.

Təklif çərçivəsində İrandan bütün zənginləşdirilmiş nüvə materiallarının ölkə xaricinə çıxarılması, İsfahan, Natanz və Fordo nüvə obyektlərinin sökülməsi, yeraltı nüvə fəaliyyətlərinin qadağan edilməsi, eləcə də beynəlxalq nəzarət və yoxlama mexanizmlərinin daha da genişləndirilməsi tələb olunur.

Müşahidəçilərin fikrincə, bu təşəbbüs İranın nüvə proqramı ilə bağlı uzun illərdir davam edən gərginliyi azaltmağa və tərəflər arasında yeni razılaşma üçün zəmin yaratmağa hesablanıb.

Jalə Rövşən 

TodayPress TV 

tag: ABŞ, Pakistan,İran,Danışıqlar ,Todaypress.tv,