Floridada güclü meşə yanğını: Yayılmağa davam edir - VİDEO
ABŞ-nin Florida ştatında güclü meşə yanğını baş verib.
TodayPress TV xəbər verir ki, yanğın qısa müddətdə geniş əraziyə yayılıb və hazırda alovun qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Məlumata görə, yanğının yaşayış məntəqələrinə yaxın ərazilərə doğru irəlilədiyi bildirilir. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları və xüsusi texnika cəlb olunub.