Estoniya Ukraynanın enerji infrastrukturunun bərpasına yardım ayırır

Dünya

23.12.2025 15:58

Estoniya Energetika və Ətraf Mühit Nazirliyi Ukraynanın enerji infrastrukturunun bərpası üçün 2 milyon avro (təxminən 2,36 milyon ABŞ dolları) maliyyə dəstəyi ayıracaq.

TodayPress TV xəbər verir ki, bu barədə nazirliyin rəhbəri Andres Sutt bildirib.

Onun sözlərinə görə, Estoniyanın Ukraynaya dəstəyi ardıcıl və uzunmüddətlidir və enerji sektoru bu gün Ukrayna üçün həm iqtisadi, həm də yaşamaq məsələsidir.

Ayrılan vəsait Ukrayna enerji şirkətlərinin ehtiyaclarının ödənilməsinə yönəldiləcək, ehtiyat hissələri, generatorlar və yanacaq alınması, eləcə də təcili təmir işləri üçün istifadə olunacaq. Estoniya bu addımı ilə Ukraynanın enerji infrastrukturunun dəstəklənməsinin bütün ölkələrin ortaq məsuliyyəti olduğunu vurğulamaq istəyir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Estoniya,Ukrayna,Energetika,Enerji,Todaypress.tv,