Ermənistanda Rusiya şirkətlərinə qarşı addımların bədəli olacaq? - Moskvadan açıqlama
Ermənistanda Rusiya şirkətlərinin maraqlarının pozulması cavabsız qalmayacaq.
TodayPress TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin bəyan edib.
Onun sözlərinə görə, Moskva Ermənistandakı Rusiya iqtisadi operatorlarının ətrafındakı vəziyyəti diqqətlə izləyir.
Qaluzin həmçinin qeyd edib ki, İrəvanın "Cənubi Qafqaz Dəmir Yolu" konsessiyasının üçüncü ölkəyə satılması barədə bəyanatları reallıqla üst-üstə düşmür. Diplomat bildirib ki, Rusiya şirkəti gəlirlərini Ermənistanın dəmir yolu infrastrukturunun inkişafına yönəldir.
XİN rəhbərinin müavini, eyni zamanda, Ermənistan hakimiyyətinin "Ermənistan Elektrik Şəbəkələri"nin milliləşdirilməsi ilə bağlı izahatlarını şübhəli adlandırıb və baş verənləri siyasi motivlərlə əlaqələndirib.
Aysel Mətləb