Marsda Yer kürəsindən də qədim süxur tapıldı

Marsda Yer kürəsindən də qədim süxur tapıldı
04.11.2026 03:44 Dünya

Marsda indiyədək aşkar edilən ən qədim süxurlardan biri tapılıb.

TodayPress TV xəbər verir ki, NASA-nın “Perseverance” aparatı Marsın Yezero kraterindən kənarda yerləşən “Lak-de-Şarm” bölgəsində diqqətçəkən süxur nümunəsi aşkarlayıb. “Singita” adlandırılan nümunə 24 oktyabr 2026-cı ildə qazma işləri zamanı əldə edilib.

Alimlərin fikrincə, bu süxur Marsın səthində üzə çıxan ən qədim geoloji nümunələrdən biri ola bilər. Layihənin elmi rəhbəri Keti Stek Morqanın sözlərinə görə, onun yaşı Yer kürəsində qorunub saxlanılan ən qədim süxurların yaşı ilə müqayisə edilə bilər.

Məlumata görə, “Singita” əvvəlcə Marsın qabığında təxminən bir kilometr dərinlikdə yerləşib. Daha sonra başqa bir səma cisminin toqquşması nəticəsində səthə çıxmış ola bilər.

Kristallik quruluşa malik nümunə Yerdə maqmatik süxur kimi təsnif edilərdi. Alimlər hesab edirlər ki, onun araşdırılması Marsın ilkin geoloji tarixi və planetin formalaşması barədə yeni məlumatlar əldə etməyə imkan verə bilər.

Qeyd edək ki, “Singita” Yezero kraterinin xarici hissəsində bu tipdə aşkarlanan ilk süxur nümunəsidir.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər