Çində sabiq nazirlərə EDAM CƏZASI verildi - FOTO

Dünya

07.05.2026 14:42

Korrupsiyada ittiham olunan Çinin sabiq müdafiə nazirləri Vey Fenhe və Li Şanfu barəsində icrası iki il təxirə salınan edam hökmü çıxarılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Xinhua" məlumat yayıb.

Hər iki məmur 2024-cü ildə "ciddi intizam pozuntuları" səbəbindən Kommunist Partiyasının sıralarından xaric edilib.

Məlumata görə, Çində icrası təxirə salınmış ölüm hökmü, bir qayda olaraq, məhkumun müəyyən edilmiş müddət ərzində yeni cinayət törətmədiyi halda ömürlük həbs cəzası ilə əvəz oluna bilər.


Nicat Osmanlı

TodayPress TV

tag: Çin,Nazir,Edam,Cəza,Todaypress.tv,