Çin Aİ-dən idxal edilən süd məhsullarına rüsum tətbiq etdi
Dünya
22.12.2025 15:56
Çin Avropa Birliyindən idxal olunan süd məhsullarına qarşı müvəqqəti anti-subsidiya tədbirləri tətbiq edir.
TodayPress TV xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.
Qərara əsasən, məhdudiyyətlər 23 dekabr tarixindən qüvvəyə minəcək. Avropa Birliyinə məxsus şirkətlərin süd məhsullarına 21,9 faizdən 42,7 faizə qədər əlavə gömrük rüsumları tətbiq olunacaq.
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Aİ liderlərinə Çinə qarşı daha sərt ticarət tədbirləri görülməsini təklif etmişdi.
Qeyd edək ki, oktyabrın 11-də ABŞ Prezidenti Donald Tramp da Çindən idxal olunan bütün mallara 1 noyabrdan etibarən 100 faizlik tarif tətbiq ediləcəyini açıqlamışdı. Bu addım Çinin aqressiv ticarət siyasətinə cavab olaraq atılıb.
Məlumata görə, bu qərarlar Çinin nadir torpaq metallarının hasilatı və emalı texnologiyalarına ixrac nəzarəti tətbiq etməsindən sonra gündəmə gəlib.
Türkan İsgəndərli
tag: Çin,Avropa,Süd,İdxal,Todaypress.tv,
