Çexiyanın Baş naziri üzündən əməliyyat olundu

Çexiyanın Baş naziri üzündən əməliyyat olundu
24.12.2025 03:57 Dünya

Çexiyanın Baş naziri Andrey Babiş üz əməliyyatı keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Blesk" məlumat yayıb.

Babişin "Narazı vətəndaşların aksiyası" (ANO) partiyasının mətbuat katibi Martin Vodiçka bildirib ki, baş nazir "üzdə kiçik ambulator əməliyyat" səbəbindən xəstəxanada olub.

"Baş nazir artıq işinə qayıdıb", – o, əlavə edib.

ANO nümayəndəsinin sözlərinə görə, 71 yaşlı Babişin üzündən "profilaktik histoloji tədqiqat" üçün toxuma nümunəsi götürülüb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər