"Blue Origin" əlil arabası istifadəçisini kosmosa aparır
Dünya
19.12.2025 19:45
"Blue Origin" şirkəti tarixində ilk dəfə olaraq suborbital uçuş missiyasına əlil arabası istifadəçisini daxil edib.
TodayPress TV xəbər verir ki, missiya dekabrın 20-də Texas ştatında yerləşən Van Horn Kosmik Mərkəzindən həyata keçiriləcək.
NS-37 adlı uçuşda altı nəfər iştirak edəcək. Onların arasında 2018-ci ildə baş vermiş qəza nəticəsində onurğa beyni zədəsi alan Avropa Kosmik Agentliyinin mühəndisi də var.
"New Shepard" raketi uçuş zamanı 100 kilometr hündürlükdə yerləşən və kosmosun sərhədi hesab edilən Karman Xəttini keçəcək. Daha sonra kosmik gəmi paraşüt sistemi vasitəsilə Yerə enəcək.
Qeyd edək ki, "Blue Origin" şirkəti amerikalı iş adamı Jeff Bezos tərəfindən yaradılıb. Şirkət suborbital kosmik turizm sahəsində fəaliyyət göstərir və Virgin Galactic ilə rəqabət aparır. Layihə çərçivəsində indiyədək təxminən 80 nəfər kosmosa uçub.
Türkan İsgəndərli
tag: Blue origin,Peyk,Raket,Kosmik,Todaypress.tv,
