"Berliner Zeitung": Merts Avropada təcrid vəziyyətinə düşüb
Dünya
21.12.2025 17:16
Almaniya Kansleri Fridrix Mertsin Rusiyanın dondurulmuş aktivləri ilə bağlı sərt mövqeyi Avropa ölkələri arasında onu təcrid vəziyyətinə salıb.
TodayPress TV xəbər verir ki, "Berliner Zeitung" qəzetinin yazdığına görə, dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı sərt xətti irəli aparmaq cəhdlərinin uğursuzluğu Kanslerin mövqelərini zəiflədib.
Nəşr qeyd edir ki, Fridrix Merts bu mövzuda mediada təsir yaratmaq üçün "Frankfurter Allgemeine Zeitung" və "Financial Times" kimi nəşrlərdə sifarişli materiallar dərc etdirməyə çalışsa da, Avropa liderlərini inandıra bilməyib.
Məqalədə vurğulanır ki, faktlar həm Mertsin, həm də Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin mövqeyinin əleyhinə olub. Nəticədə Fon der Lyayen Avropada Kanslerin təcrid olunduğu aydınlaşdıqdan sonra ondan uzaqlaşmağa başlayıb.
Qiymət Mahir
tag: Almaniya,Fridrix Merts,Avropa,Ursula Fon der Lyayen,Todaypress.tv,
