Belçika Kraliçası Matilda Türkiyəyə səfərini başa vurdu
Dünya
12.05.2026 21:36
Belçika Kraliçası Matilda Belçika İqtisadi Missiyası çərçivəsində İstanbula etdiyi səfərdən sonra Türkiyəni tərk edib.
TodayPress TV xəbər verir ki, səfər çərçivəsində Kraliça Matilda Dolmabahçe Sarayında birinci xanım Əminə Ərdoğanla görüşüb, daha sonra isə Vəhdəttin Köşkündə Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb.
O, həmçinin İstanbuldakı Belçika Konsulluğunda Türkiyənin ticarət naziri Ömər Bolatla görüşüb, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurası tərəfindən təşkil olunmuş Türkiyə-Belçika Biznes Forumunda iştirak edib. Kraliça Türkiyə və Belçika şirkətlərinin nümayəndələri ilə yüksək səviyyəli biznes dəyirmi masa görüşlərinə qatılıb, həmçinin sənaye, texnologiya, qadınların iqtisadi iştirakı və biofarmasevtika sahəsində əməkdaşlığa yönəlmiş proqramlarda iştirak edib.
Kraliça, eyni zamanda Türkiyə Respublikası Mərkəzi Bankının İstanbul Maliyyə Mərkəzi kampusunu ziyarət edib, "Baykar"ın Özdemir Bayraktar Milli Texnologiya Mərkəzi ilə tanış olub, Türkiyənin mədəni irsini nümayiş etdirən “Əsrlik Zəriflik” sərgisini gəzib, habelə Ortaköy və İstanbul Dəniz Muzeyi də daxil olmaqla İstanbulun bir sıra görməli yerlərini ziyarət edib.
Aysel Mətləb
tag: Belçika ,Matilda ,Türkiyə,Rəcəb Tayyib Ərdoğan,TodayPress TV,
