BƏƏ və Küveytin hava məkanında PUA-lar aşkarlandı

Dünya

10.05.2026 17:10

Bu gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveytin hava məkanında pilotsuz uçuş aparatları (PUA) aşkarlanıb.

TodayPress TV xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyi bu gün Hava Hücumundan Müdafiə (HHM) Qüvvələrinin İrandan buraxılan iki PUA-nı ələ keçirdiyini açıqlayıb.

Küveyt Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, bu gün ölkənin hava məkanında bir neçə düşmən PUA-sı aşkarlanıb və müəyyən edilmiş prosedurlara uyğun şəkildə cavab tədbirləri görülüb.

TodayPress TV

tag: BƏƏ,Küveyt,PUA,İran,Todaypress.tv,