BƏƏ Müdafiə Nazirliyi: İranın hücumlarında 230 nəfər yaralanıb

BƏƏ Müdafiə Nazirliyi: İranın hücumlarında 230 nəfər yaralanıb
10.05.2026 17:58 Dünya

BƏƏ-nin hava hücumundan müdafiə (HHM) qüvvələri bu gün İran tərəfdən gələn iki pilotsuz uçuş aparatını ələ keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsindəki bəyanatında deyilir.

"İranın hücumları başlayandan bəri BƏƏ-nin hava hücumundan müdafiə qüvvələri 551 ballistik raket, 29 qanadlı raket və 2 265 pilotsuz uçuş aparatını ələ keçirib.

İranın BƏƏ dövlətinə hücumları başlayandan bəri yaralıların ümumi sayı müxtəlif millətlərdən 230 nəfərə çatıb", - qurumdan qeyd edilib və ölənlərin sayının dəyişmədiyini - 13 nəfər olaraq qaldığı vurğulanıb.

BƏƏ Müdafiə Nazirliyindən vurğulayıblar ki, dövlətin təhlükəsizliyinin və suverenliyinin sarsıdılmasına yönəlmiş istənilən təhdidlərin qarşısını almaq üçün yüksək döyüş hazırlığı vəziyyətindədirlər.

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər