Azərbaycanlı milyarderin zavodları BOMBALANDI - Dronlar dayanmır!

Dünya

07.05.2026 13:57

Rusiyanın Perm şəhərində yerləşən “LUKOIL-Permnefteorgsintez” neft emalı zavodu yenidən pilotsuz aparatların hücumuna məruz qalıb.

TodayPress TV xəbər verir ki, hücum nəticəsində müəssisə ərazisində yanğın baş verib.

Məlumata görə, pilotsuz aparatlardan biri Perm şəhərinin Novosibirskaya küçəsi 13 ünvanında yerləşən yaşayış binasına da düşüb.

Bildirilir ki, hadisə yerinin yaxınlığında “Permskie Motori” və “ODK-Star” kimi müdafiə sənayesi müəssisələri yerləşir.

Hazırda ölən və yaralananlarla bağlı rəsmi məlumat verilməyib.

Qeyd edək ki, "LUKOIL" neft şirkətinin təsisçisi azərbaycanlı milyarder Vahid Ələkbərovdur.

Qiymət Mahir

tag: ,