Avstraliyalı fəal ağacda bir həftə qalaraq meşə yanğınını təxirə saldırdı

Dünya

23.12.2025 19:15

Qərbi Avstraliyada 70 yaşlı bir kişi, hakimiyyət orqanlarının yerli endemik evkalipt meşəsini yandırma planlarını təxirə salmaq üçün bir həftə ağacda yaşayıb.

TodayPress TV xəbər verir ki, kişi, ağaclardan birinin 20 metr yüksəklikdəki platformasında altı gecə keçirərək etiraz aksiyasına başlayıb.

Onun hərəkətləri nəticəsində ümumi sahəsi 1000 hektardan çox olan ərazidə ağacların nəzarətli yanması təxirə salınıb. Fəal bildirib ki, aksiya nəticəsindən məmnundur və əldə olunan vaxtın hakimiyyət orqanları ilə dialoqu davam etdirmək üçün faydalı olacağına inanır.

Tərəfdarları isə endemik növün nəsli kəsilməkdə olan növlər siyahısından çıxarılmayana qədər yeni etiraz aksiyaları keçirməyi planlaşdırır.

Qeyd edək ki, sözügedən evkalipt növü yalnız Qərbi Avstraliyada bitir, 500 ilə qədər yaşaya və 80 metr hündürlüyə çata bilir. Bu ağaclar meşə yanğınlarının qarşısını almaq üçün nəzarətli məhv proqramına daxil edilib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Avstraliya,Meşə,Ağac,Yanğın,Todaypress.tv,