Atəşkəs POZULDU: “Rusiyanın paradının taleyi artıq bizdən asılıdır” - Zelenski
Rusiya atəşkəsi pozdu və Ukrayna buna simmetrik şəkildə cavab verəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyanat yayıb.
"Bu gecə və sabahkı vəziyyətdən asılı olaraq, növbəti addımlarımıza da qərar verəcəyik. Rusiya özünü elə bir vəziyyətə salıb ki, artıq əsas hərbi paradın taleyi belə bizdən asılıdır", - deyə lider bildirib.
Aysel Mətləb