Almaniya və Ukrayna birgə dron istehsalına başlayacaq
Almaniya və Ukrayna uzaqmənzilli dronların birgə istehsalına dair layihə üzərində işləyir.
TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya səfəri zamanı açıqlama verib.
Nazirin sözlərinə görə, hər iki ölkənin şirkətləri 100 kilometrdən az məsafəyə uça bilən dronlar və 1500 kilometrədək uçuş qabiliyyətinə malik uzaqmənzilli sistemlər üzərində əməkdaşlıq edir.
O bildirib ki, bu layihələrin əsas məqsədi Ukraynanın hərbi infrastrukturuna qarşı hücumların qarşısını almaqdır.