Alimlər diqqəti artıran gen aşkar etdilər

Dünya

22.12.2025 19:45

Rokfeller Universitetinin alimləri beynin prefrontal korteksində Homer1 geninin aktivliyinin azalmasının diqqətin cəmlənməsini yaxşılaşdırdığını müəyyən ediblər.

TodayPress TV xəbər verir ki, araşdırma "Nature Neuroscience" jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində təxminən 200 siçan üzərində aparılan müşahidələr göstərib ki, Homer1 geninin zəiflədilməsi beyindəki “səs-küyü” azaldır və neyronların daha dəqiq işləməsinə kömək edir. Bu dəyişiklik xüsusilə yeniyetməlik dövründə təsirli olub, yetkin yaşda isə nəticə verməyib.

Alimlər bildiriblər ki, bu tapıntı diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu (DEHB) üçün mövcud dərmanlardan fərqli, beyini sakitləşdirən yeni müalicə üsullarının hazırlanmasına yol aça bilər. Homer1 geninin həmçinin autizm və şizofreniya ilə də əlaqəli olduğu qeyd olunur.

Türkan İsgəndərli

TodayPress TV

tag: Beyin,Alim,Gen,Diqqət,Todaypress.tv,