Aİ Rusiya ilə dialoqa hazırlaşır: Kallasın rolu nə ola bilər?

Dünya

11.05.2026 22:04

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas gələcəkdə Rusiya ilə mümkün danışıqlarda Aİ-ni təmsil edə biləcəyini istisna etməyib.

TodayPress TV xəbər verir ki, Kallas bu barədə Aİ Şurasının iclasından sonra keçirilən mətbuat konfransında danışıb.

O, Aİ adından əsas danışıqlar aparan şəxs olub-olmayacağı ilə bağlı suala cavab verərkən hüquq sahəsindəki təcrübəsini xatırladıb. Kallas bildirib ki, danışıqlar prosesində qarşı tərəfin qura biləcəyi “tələləri” görmək qabiliyyətinə malikdir.

“Mən əmək fəaliyyətimin yarısını hüquqşünas kimi keçirmişəm, hüquq şirkətində tərəfdaş olmuşam və çoxsaylı danışıqlarda iştirak etmişəm”, - deyə o vurğulayıb.

Bununla yanaşı, o qeyd edib ki, Avropa İttifaqı Rusiya ilə sülh danışıqları üçün vahid tələblər formalaşdırmalıdır. Onun sözlərinə görə, hazırda Moskva hələ də səmimi dialoqa hazır olduğunu nümayiş etdirmir.

Kallasın fikrincə, indiki mərhələdə Aİ sülh danışıqlarına başlamaq üçün uyğun mövqedə deyil. O vurğulayıb ki, üzv dövlətlər arasında Rusiyaya qarşı hansı şərtlərin irəli sürülməsi ilə bağlı müzakirələr davam edir.

Aysel Mətləb

TodayPress TV

tag: Avropa,İttifaq,Rusiya,Kallas,TodayPress TV,