Aİ-dən Rusiyaya yeni təzyiq: 21-ci paket gündəmdə

Aİ-dən Rusiyaya yeni təzyiq: 21-ci paket gündəmdə
11.05.2026 20:54 Dünya

Avropa İttifaqı (Aİ) rəhbərliyində hazırda Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı müzakirələr aparılır.

TodayPress TV xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas keçirdiyi mətbuat konfransında danışıb.

“Avropa İttifaqına üzv ölkələrə Rusiyanın hərbi sektoruna qarşı sanksiyalarla bağlı təklifləri razılaşdırmaq təklif olunub”, – deyə o bildirib.

Onun sözlərinə görə, hazırda Aİ ölkələri 21-ci sanksiyalar paketi ilə bağlı təkliflər irəli sürə bilərlər. Kallas qeyd edib ki, bu paket Rusiyanın hərbi-sənaye kompleksini və “kölgə donanması”nı hədəf alacaq.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər