ABŞ vitse-prezidenti Qətərin Baş naziri ilə görüşəcək - Mövzu nədir?
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Qətərin Baş naziri Əbdülrəhman bin Casim Al Tani ilə görüşəcək
TodayPress TV xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Məlumata görə, görüş İranla danışıqlara yönəlib.
Nəşr ABŞ rəsmisinə istinadən bildirir ki, Qətər münaqişəyə son qoymaq üçün danışıqlarda ABŞ və İran arasında mühüm vasitəçidir.