ABŞ və Ukrayna "dron ittifaqı" qurur

ABŞ və Ukrayna "dron ittifaqı" qurur
12.05.2026 16:15 Dünya

ABŞ və Ukrayna pilotsuz uçuş aparatları texnologiyası və birgə istehsalı əhatə edən yeni müdafiə sazişi hazırlayır.

TodayPress TV xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Saziş çərçivəsində Ukrayna hərbi texnologiyaları ABŞ-yə ixrac edəcək və Amerika şirkətləri ilə birlikdə dron istehsalı həyata keçirəcək.

Məlumata görə, Ukrayna Rusiya və İranla müharibələr zamanı nümayiş etdirdiyi imkanlardan sonra pilotsuz uçuş aparatları sahəsində diqqət çəkən tərəfdaş kimi qiymətləndirilir.

Bildirilib ki, təklif olunan razılaşma ABŞ maliyyəsi hesabına Ukraynanın müdafiə istehsalını genişləndirməyə imkan verəcək. Eyni zamanda Vaşinqton döyüş şəraitində sınaqdan keçmiş dron texnologiyalarına çıxış əldə edəcək.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər