ABŞ və Çin nümayəndə heyətləri danışıqlar apardı
ABŞ və Çin nümayəndə heyətləri Madriddə mübahisəli ticarət məsələləri, tariflər və ixrac məhdudiyyətləri ilə bağlı danışıqların növbəti mərhələsinə başlayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə "EFE" məlumat yayıb.
ABŞ nümayəndə heyətinə maliyyə naziri Skot Bessent, Çin nümayəndə heyətinə isə Dövlət Şurasının baş nazirinin müavini He Lifenq başçılıq edir.
Nümayəndə heyətlərinin sentyabrın 17-dək İspaniyada danışıqlar aparacağı gözlənilir.
Tərəflər bundan əvvəl Cenevrə, London və Stokholmda danışıqlar aparıblar.