ABŞ və Braziliya liderləri görüşdü - Nələr müzakirə olundu?

ABŞ və Braziliya liderləri görüşdü - Nələr müzakirə olundu?
07.05.2026 23:24 Dünya

ABŞ Prezidenti Donald Tramp braziliyalı həmkarı Luiz İnasio Lula da Silva ilə uğurlu görüş keçirtdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, “Truth Social”da yazıb.

"Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə görüşü yeni başa vurdum. Biz ticarət və xüsusilə də tariflər daxil olmaqla müxtəlif mövzuları müzakirə etdik", - deyə Amerika lideri vurğulayıb.

Onun sözlərinə görə, görüş çox yaxşı keçib.

ABŞ Prezidenti bildirib ki, iki ölkənin nümayəndələrinin bəzi əsas məsələləri müzakirə etmək üçün görüşməsi planlaşdırılır. Lazım olduğu təqdirdə, yaxın aylarda əlavə görüşlər də planlaşdırılacaq.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər