ABŞ Qrenlandiya üçün xüsusi nümayəndə təyin etdi

Dünya

22.12.2025 16:12

ABŞ Prezidenti Donald Tramp Luiziana ştatının qubernatoru Ceff Landrini Qrenlandiya üzrə xüsusi elçi təyin etdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Tramp bildirib ki, Ceff Landri Qrenlandiyanın ABŞ-nin milli təhlükəsizliyi üçün əhəmiyyətini anlayır və ölkənin maraqlarını, eləcə də müttəfiqlərin təhlükəsizliyini qorumaq üçün çalışacaq.

Bununla yanaşı, Qrenlandiyanın xarici işlər naziri Viviane Motzfeldt ABŞ-nin Qrenlandiya ilə bağlı açıqlamalarının yerli əhali arasında narahatlıq yaratdığını bildirib və Vaşinqtonla açıq dialoqun vacibliyini vurğulayıb.

Xatırladaq ki, Donald Tramp ilk prezidentlik dövründə Qrenlandiyanı almaq təşəbbüsü ilə çıxış etmiş, lakin Danimarka bu təklifi rədd etmişdi. Tramp 2025-ci ildə Ağ Evə qayıtdıqdan sonra təhlükəsizlik səbəblərini əsas gətirərək ABŞ-nin ada üzərində nəzarəti ələ keçirməli olduğunu yenidən gündəmə gətirib. Danimarka tərəfi isə bu cür bəyanatlara qarşı çıxaraq Qrenlandiyanın müdafiəsini gücləndirib.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,Qrenlandiya,Qubernator,Elçi,Todaypress.tv,