ABŞ qırıcıları İran gəmilərini hədəf aldı - İTKİLƏR VAR

Dünya

09.05.2026 10:32

ABŞ qırıcıları ötən gecə İran gəmilərinə hücumu edib.

TodayPress TV  xəbər verir ki, bu barədə Bəndər Ləngə qubernatorluğu bildirib.

Məlumata görə, ümumilikdə 20 nəfərin olduğu 6 İran yük və balıqçı gəmisi ABŞ qırıcılarının hücumuna məruz qalıb.

Bildirilib ki, hadisə nəticəsində 6 nəfər yaralanaraq Oman Sultanlığının Xəsəb xəstəxanasına çatdırılıb. Bundan əlavə, daha 6 nəfərin itkin düşdüyü bildirilir. Digər ekipaj üzvlərinin vəziyyətinin normal olduğu qeyd olunub.

Son məlumata görə, yaralıların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Qeyd edək ki, ötən gecə İran Silahlı Qüvvələri ilə ABŞ-a məxsus gəmilər arasında Hörmüz boğazı ətrafında ikinci gecə ardıcıl olaraq lokal toqquşmalar davam edib.

Jalə Rövşən 

TodayPress TV 

tag: ABŞ,Qırıcı ,Gəmi ,Körfəz ,Todaypress.tv,