ABŞ-nin vitse-prezidenti Zəngəzur dəhlizinin təməlqoymasına gəlir
“2026-cı ilin fevral ayında ABŞ-nin çox yüksək vəzifəli bir məmurunun Ermənistana səfəri gözlənilir”.
TodayPress TV xəbər verir ki, bunu Ermənistanın beynəlxalq məsələlər üzrə eksperti Suren Sarkisyan yazıb.
O xatırladıb ki, Ermənistanda indiyə qədər ən yüksək vəzifəli Amerika məmuru Nümayəndələr Palatasının spikeri və dövlət katibi olub.
Bildirilib ki, ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens 2026-cı ilin fevral ayında Ermənistana səfər edəcək.
Qeyd edək ki, Meğridə TRIPP layihəsinin (Zəngəzur dəhlizi) təməlqoyma mərasimi gözlənilir. Eyni zamanda, Ceyms Vensin TRIPP layihəsinin təməlqoyma mərasimində iştirakı ehtimal olunur.
Aysel Mətləb