ABŞ Karib dənizinə əlavə qoşun və təyyarələr yerləşdirir

Dünya

24.12.2025 09:56

ABŞ Karib dənizinə çoxlu sayda Hərbi Hava Qüvvələrinin xüsusi əməliyyat təyyarəsini, qoşunu və texnikasını yerləşdirib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Nəşrin mənbələrinə görə, dekabrın 22-də bölgəyə göyərtəsində hərbi personal və avadanlıqlar olan 10 "V-22 Osprey" tiltrotor təyyarəsi və "C-17" yük təyyarəsi gəlib. 

Latın Amerikasındakı ABŞ hərbi əməliyyatlarına nəzarət edən Cənub Komandanlığının sözçüsü konkret qoşun hərəkətləri ilə bağlı sualları cavablandırmaqdan imtina edib. O, bildirib ki, istənilən hərbi obyektdə avadanlıq və personalın müntəzəm rotasiyası standart təcrübədir.

Həmçinin Ağ Ev və Pentaqon da şərh sorğularına cavab verməyib.

Qeyd edək ki, ABŞ narkotik qaçaqmalçılığında iştirak etdiyini və Venesuela ilə əlaqəli olduğunu iddia etdiyi gəmilərə zərbələr endirir. ABŞ həmçinin Venesuela ilə əməkdaşlıq edən neft tankerlərini də ələ keçirib. Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp dəfələrlə ölkəsinin Venesuela ərazisinə zərbələr endirə biləcəyini bildirib.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Karib,Qoşun,Gəmi,Todaypress.tv,