ABŞ-dən daha bir müdaxilə: İki tanker saxlanıldı - VİDEO

Dünya

08.05.2026 22:07

Umman körfəzində İran bayrağı altında üzən 2 neft tankeri ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadasını pozduğu səbəbilə zərərsizləşdirilib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, mayın 8-i Umman körfəzində hərəkətdə olan İran bayraqlı iki tankərə müdaxilə edilib.

Bildirilib ki, tankerlər ABŞ-nin İrana qarşı davam edən dəniz blokadası çərçivəsində, Umman körfəzində İran limanlarından birinə daxil olmamışdan əvvəl dayandırılıb. Hər iki gəminin həmin vaxt yük daşımadığı qeyd olunub.

Açıqlamada həmçinin 6 may tarixində də İran bayraqlı başqa bir gəminin eyni blokada çərçivəsində saxlanıldığı bildirilib.

Məsələ ilə bağlı fikirləri yer alan CENTCOM komandanı Brad Kuper vurğulayıb ki, ABŞ qüvvələri İrana daxil olan və ya İrandan çıxan gəmilərə qarşı blokadanın tam şəkildə tətbiq olunmasına qətiyyətlidir.

TodayPress TV

tag: Umman ,CENTCOM,İran ,ABŞ,TodayPress TV,