ABŞ Almaniyadakı ordusunu BU ÖLKƏYƏ göndərə bilər

ABŞ Almaniyadakı ordusunu BU ÖLKƏYƏ  göndərə bilər
09.05.2026 11:10 Dünya

ABŞ-nin Almaniyada  yerləşən hərbi kontingentinin bir hissəsinin Polşaya köçürülməsi planlaşdırılır. 

TodayPress TV  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp  jurnalistlərin suallarını cavablandırarkın deyib.

O bildirib ki, Polşa rəhbərliyi ilə çox yaxşı şəxsi münasibətləri var. O, bu məsələ ilə bağlı sualı cavablandırarkən, “Bəli, bu mümkündür”, — deyə bildirib.

Xatırladaq ki, aprelin 29-da Tramp Vaşinqton administrasiyasının Almaniyada yerləşən ABŞ qoşunlarının sayının azaldılması məsələsini nəzərdən keçirdiyini və bu barədə yaxın zamanda qərar veriləcəyini açıqlamışdı.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər