8 milyard dollarlıq tarixi imza! -Türkiyə müdafiə sənayesində zirvəyə oynayır

Dünya

08.05.2026 21:07

Türkiyənin aparıcı müdafiə və aerokosmik sərgisi olan "SAHA EXPO 2026" çərçivəsində imzalanan razılaşmaların ümumi həcmi 8 milyard ABŞ dollarına çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən tədbirdə çıxış edərkən məlumat verib.

Prezident bildirib ki, bu məbləğin 6 milyard dolları birbaşa ixracyönümlü müqavilələrin payına düşür. O, pilotsuz uçuş aparatlarından dəniz sistemlərinə qədər Türkiyə istehsalı müdafiə texnologiyalarına “qlobal etimadın artdığını” vurğulayıb.

“Türkiyənin müdafiə sənayesi qlobal miqyasda tələb olunan və üstünlük verilən bir ekosistemə çevrilib”, - deyə o qeyd edib.

Ərdoğan əlavə edib ki, sərginin builki – beşinci buraxılışında ümumilikdə 1 763 şirkət iştirak edib. Bunlardan 1 500-ü yerli, 263-ü isə xarici şirkətlərdir. Həmçinin, sərgidə 203 məhsul ilk dəfə təqdim olunub.

Aysel Mətləb

TodayPress TV

tag: Türkiyə,Ərdoğan,SAHA EXPO 2026,Aerokosmik,TodayPress TV,