Azərbaycanda məqsədli büdcə fondları ləğv oluna bilər

Azərbaycanda məqsədli büdcə fondları ləğv oluna bilər
10.09.2026 11:38 Daxili siyasət

Maliyyə Nazirliyi bir ay ərzində dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının ləğv edilməsi və həmin fondların mədaxil mənbələrindən istifadə olunması ilə bağlı təkliflərini Prezident İlham Əliyevə təqdim etməli olacaq.

TodayPress TV xəbər verir ki, bu, dövlət başçısının imzaladığı övlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında fərmanda öz əksini tapıb.

Bundan başqa, fərmana əsasən, nazirlik aşağıdakılar barədə də təkliflərini bir ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir:

- normativ hüquqi aktların təkmilləşdirilməsi;

- dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin formalaşdırılması, toplanılması, istifadəsi və uçotunun aparılması qaydası;

- Prezidentin İşlər İdarəsinin və Xüsusi Tibb Xidmətinin tabeliyində olan qurumların göstərdiyi ödənişli xidmətlərdən əldə edilən vəsaitlərin formalaşdırılması və istifadəsi.

TodayPress TV

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər