Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
28.12.2025 14:45 Cəmiyyət

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

TodayPress TV xəbər verir ki, müraciətdə hazırda ölkənin bəzi dağlıq və dağətəyi ərazilərində hava şəraitinin dəyişkənliyi, qar yağması, duman, eləcə də yolların buz bağlaması müşahidə olunur.

Qeyd edilir ki, mövcud hava və yol şəraiti həmin istiqamətlərdə yol hərəkətinin təhlükəsizliyi baxımından əlavə diqqət və məsuliyyət tələb edir:

"Baş Dövlət Yol Polisi İdarəsi həmin ərazilərdə gücləndirilmiş rejimdə xidmət aparır və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət tədbirləri intensivləşdirilib.

Aparılan müşahidələr göstərir ki, qarlı və buzlu yol şəraitində dağlıq ərazilərdə sürücülük təcrübəsi kifayət qədər olmayan şəxslərin iştirakı ilə, xüsusilə mürəkkəb yol şəraitinə hazırlıqsız sürücülər arasında yol-nəqliyyat hadisələrinə daha çox rast gəlinir. Bu isə bir daha onu göstərir ki, dağlıq ərazilərə xas yol və hava şəraitində avtomobil idarə etmək risklərin qabaqcadan düzgün qiymətləndirilməsini, vəziyyətə uyğun qərar verməyi və xüsusi təcrübə tələb edir.

Sürücülərin diqqətinə çatdırılır:

Dağlıq ərazilərə səfər etməzdən əvvəl hava və yol şəraiti barədə məlumat əldə edin;

Nəqliyyat vasitəsinin texniki sazlığına xüsusi diqqət yetirin;

Qarlı və buzlu yol sahələrində sürət həddini azaldın;

Təhlükəsiz ara məsafəsini qoruyun;

Qəfil manevr və kəskin əyləclərdən çəkinin;

Mövsümə uyğun təkərlərdən istifadə edin;

Dumanlı hava şəraitində işıq cihazlarından yol hərəkəti qaydalarına uyğun istifadə edin;

Mövcud hava və yol şəraitində sürücülük təcrübəsi kifayət qədər olmayan sürücülərə, o cümlədən xanım sürücülərə dağlıq ərazilərdə hərəkət zamanı daha ehtiyatlı olmaları, zərurət olmadıqda isə səfərləri təxirə salmaları tövsiyə olunur.

Unutmayın: Yolda verilən hər bir qərar məsuliyyət tələb edir. Mövcud şəraitə uyğun davranış həm sizin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin əsas təminatıdır".

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 Bütün Xəbərlər