Yer kürəsində maqnit qasırğası başladı
Yer kürəsində alimlərin əvvəlcədən xəbərdarlıq etdiyi maqnit qasırğası başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Bu, oktyabr ayında qeydə alınan üçüncü maqnit qasırğasıdır. Daha əvvəl belə qasırğalar 1-3 oktyabr və 12 oktyabr tarixlərində müşahidə olunub.
Mütəxəssislər bildiriblər ki, hazırda maqnit sahəsindəki dəyişiklik G1 səviyyəsindədir. Bu da beşballıq şkala üzrə zəif maqnit qasırğası sayılır.
Türkan İsgəndərli