“YARIM ƏSRİN MANİFESTİ” – Vüqar Orucun 50 illik yubileyi qeyd olundu

“YARIM ƏSRİN MANİFESTİ” – Vüqar Orucun 50 illik yubileyi qeyd olundu
29.10.2025 10:19 Cəmiyyət

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti, tanınmış iqtisadçı-ekspert və ictimai xadim Vüqar Orucun 50 illik yubileyi münasibətilə “Yarım Əsrin Manifesti” adlı tədbir keçirilib. 

TodayPress TV xəbər verir ki, tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Səhnəyə dəvət olunan yubilyar Vüqar Oruc çıxışında tədbir iştirakçılarına və onu bu illər ərzində dəstəkləyən bütün dostlarına təşəkkürünü bildirib. Onun həyat və fəaliyyət yoluna həsr olunmuş slayd və videoçarxlar nümayiş etdirilib, “Şuşa” rəqsinin ifası isə gecəyə milli ruh və vətənpərvərlik ovqatı bəxş edib.

Yubiley tədbirində müxtəlif qurumların rəhbərləri, sahibkarlar, elm və QHT nümayəndələri, eləcə də qardaş Türkiyədən gələn qonaqlar iştirak ediblər. Çıxış edənlər Vüqar Orucun iqtisadiyyat, qiymətləndirmə və ictimai fəaliyyət sahələrində göstərdiyi xidmətləri yüksək qiymətləndiriblər.

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin eksperti Əkbər Yolçuyev Komitənin Vüqar Oruca təbrik məktubunu oxuyub və təqdim edib. 

Çıxışlarda qeyd olunub ki, Vüqar Orucun rəhbərliyi ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti yeni inkişaf mərhələsinə qədəm qoyub, dövlət və özəl sektorlarla əməkdaşlıq genişlənib, beynəlxalq layihələr uğurla icra olunub. O, həmçinin Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) yaradılmasının təşəbbüskarı və hazırkı prezidenti kimi türk dünyasında iqtisadi inteqrasiyanın güclənməsinə mühüm töhfə verib.

Tədbirdə UNEC nümayəndələri, AQC İdarə Heyəti üzvləri, “Vecon Consulting” və “AZFİNANS” şirkətlərinin rəhbərləri, Xəzər İş Adamları Klubu və yubilyarın dostları çıxış edərək səmimi təbriklərini çatdırıblar. Yubilyara möhkəm can sağlığı, yeni uğurlar, Azərbaycan iqtisadi mühitinin inkişafında və qiymətləndirmə sektorunda davamlı nailiyyətlər arzulanıb.

TodayPress TV

FOTOLAR

“YARIM ƏSRİN MANİFESTİ” – Vüqar Orucun 50 illik yubileyi qeyd olundu — 1
“YARIM ƏSRİN MANİFESTİ” – Vüqar Orucun 50 illik yubileyi qeyd olundu — 2
“YARIM ƏSRİN MANİFESTİ” – Vüqar Orucun 50 illik yubileyi qeyd olundu — 3
“YARIM ƏSRİN MANİFESTİ” – Vüqar Orucun 50 illik yubileyi qeyd olundu — 4
“YARIM ƏSRİN MANİFESTİ” – Vüqar Orucun 50 illik yubileyi qeyd olundu — 5
“YARIM ƏSRİN MANİFESTİ” – Vüqar Orucun 50 illik yubileyi qeyd olundu — 6
“YARIM ƏSRİN MANİFESTİ” – Vüqar Orucun 50 illik yubileyi qeyd olundu — 7
“YARIM ƏSRİN MANİFESTİ” – Vüqar Orucun 50 illik yubileyi qeyd olundu — 8
“YARIM ƏSRİN MANİFESTİ” – Vüqar Orucun 50 illik yubileyi qeyd olundu — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər