Rusiyanın Voronej şəhərinə kütləvi hücum - VİDEO

Rusiyanın Voronej şəhərinə kütləvi hücum - VİDEO
26.10.2026 09:29 Dünya

Oktyabrın 26-na keçən gecə Rusiyanın Voronej şəhərində dron hücumu və hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti fonunda bir sıra partlayışlar və yanğınlar baş verib.

TodayPress TV xəbər verir ki, Ukrayna mediasının yaydığı məlumata görə, hadisələr səhər saat 04:00 radələrində başlayıb. Yerli kanallar bölgədə dron və raket təhlükəsi ilə bağlı xəbərdarlıqlar yayıb.

OSINT analitiklərinin ilkin məlumatlarına əsasən, şəhərin ən böyük ticarət mərkəzlərindən biri olan “Qalereya Çijova”nın ərazisində də yanğın baş verib. Hadisənin səbəbi ilə bağlı məlumatlar hələlik müstəqil şəkildə təsdiqlənməyib.

Şahidlər şəhərin müxtəlif hissələrində partlayış səslərinin eşidildiyini, bəzi ərazilərdə isə elektrik enerjisinin kəsildiyini bildiriblər. Sosial şəbəkələrdə yanğınları və şəhər üzərində tüstünü əks etdirən görüntülər də yayılıb.

Məlumat yayılan vaxt hücumla bağlı Rusiya rəsmilərinin rəsmi açıqlaması yox idi. Dağıntıların miqyası və mümkün itkilər barədə də dəqiq məlumat verilməyib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər