İrana mühüm səfər: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan rəsmiləri bir araya gələcək
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək vəzifəli rəsmilərinin İrana səfəri planlaşdırılır.
TodayPress TV xəbər verir ki, bu barədə İranın Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri məlumat yayıb.
Səfər edəcəyi bildirilən şəxslər arasında Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun komandanı Asim Munir və Türkiyənin Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın var.
Əli Baqerinin sözlərinə görə, rəsmilərin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşü nəzərdə tutulur.
Səfərin dəqiq tarixi və görüşlərin gündəliyi barədə hələlik məlumat verilməyib.