Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq

Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq
05.01.2026 20:10 Cəmiyyət

Sabahdan Bakının Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq.

Bu barədə TodayPress TV-yə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, Xətai rayonunda görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar yanvarın 6-da saat 10:00-dan etibarən M.Hadi, Şirvani, Qaçaq Nəbi küçələrinin və kənd Əhmədlinin bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər