Xankəndinə ilk qar yağdı

Xankəndinə ilk qar yağdı
28.12.2025 10:45 Cəmiyyət

Dekabrın 28-də Xankəndi şəhərinə mövsümün ilk qarı yağıb.

TodayPress TV xəbər verir ki, axşam saatlarından yağan qar şəhərə qış ab-havası gətirib, küçə və parklar ağ örpəyə bürünüb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hava şəraitinin dəyişməsi ilə əlaqədar kommunal xidmətlər gücləndirilmiş iş rejiminə keçib. Nəqliyyatın maneəsiz hərəkəti üçün yolların təmizlənməsi istiqamətində tədbirlər görülür.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər