Taksi istifadəçilərinin sayı artdı

Taksi istifadəçilərinin sayı artdı
18.10.2025 12:30 Cəmiyyət

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda taksi xidmətindən istifadə edən sərnişinlərin sayı 61 809,5 nəfər olub, bu da illik müqayisədə 0,7% artım deməkdir.

TodayPress TV bu baradə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, ötən ilin yanvar-sentyabr aylarında ölkə üzrə taksi xidmətindən 61 379,9 müştəri istifadə edib.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 5% artaraq 1 187 694,8 min təşkil edib.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər