"Süni intellektin mediada tətbiqi” mövzusunda seminarlara başlanıldı

"Süni intellektin mediada tətbiqi” mövzusunda seminarlara başlanıldı
27.10.2025 21:15 Cəmiyyət

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Süni intellektin mediada tətbiqi” mövzusunda iki gün davam edəcək seminarlara başlanılıb.

TodayPress TV xəbər verir ki, seminarın açılış hissəsində çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva çıxışında bildirib ki, süni intellekt texnologiyaları artıq medianın gələcək inkişaf trayektoriyasını formalaşdıran əsas amillərdən birinə çevrilərək xəbər istehsalı və informasiya axınının idarə olunmasında yeni yanaşmalar tələb edir. Bu səbəbdən ADA Universiteti son illər süni intellekt və rəqəmsal bacarıqlar üzrə müxtəlif təlim və ixtisasartırma proqramları həyata keçirir, elmi araşdırmalar, beynəlxalq əməkdaşlıqlar qurur.

Eyni zamanda, tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, süni intellektin sürətli inkişafı media sahəsində yeni imkanlar yaratmaqla yanaşı, bu sahənin nümayəndələrinin peşəkar məsuliyyətinin artmasını zəruri edir. O vurğulayıb ki, müasir dövrdə jurnalistlər informasiyanın toplanması, emalı və yayımında innovativ alətlərdən effektiv istifadəni bacarmalı, süni intellekt texnologiyalarının tətbiqi zamanı etik prinsiplərə və doğruluq meyarlarına xüsusi diqqət yetirməlidirlər.

Təlimçi qismində çıxış edən Rəqəmsal marketinq və kütləvi kommunikasiyalar sahəsi üzrə dosent, Neyroelmlər Laboratoriyasının rəhbəri, tanınmış alim Dr. Nikolas Hamelin “Giriş və mediada süni intellekt inqilabı”, “Məlumatların skreypinqi: İctimai məlumatlandırmada data analitikası”, “Süni intellekt ilə idarə olunan brend və məhsul təqdimatı”, “Big Data” və generativ süni intellekt vasitəsilə cəlbedici media məzmununun yaradılması”, “Strateji inteqrasiya və gələcəyə baxış” adlı modullar ətrafında iştirakçılarla fikir mübadiləsi aparıb. Müzakirələr zamanı vurğulanıb ki, süni intellektin mediada tətbiqi informasiya istehsalında operativliyi artırmaqla yanaşı, etik yanaşma və məsuliyyətli informasiya siyasətini ön plana çıxarır.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Bütün Xəbərlər