Sumqayıtda 650 abonent qazsız qaldı

Sumqayıtda 650 abonent qazsız qaldı
07.01.2026 13:47 Cəmiyyət

Sumqayıt şəhərində ağacın qaz xəttinin üzərinə aşması səbəbindən 650 abonentin qaz təchizatında fasilə yaranıb.

TodayPress TV xəbər verir ki, şəhərin 4-cü mikrorayon ərazisində irigövdəli ağac diametri 108 mm olan qaz xəttinin üzərinə aşaraq onu zədələyib.

Yaranmış təhlükənin aradan qaldırılması məqsədilə aparılan təmir-bərpa işləri ilə əlaqədar ərazidəki 650 abonentin qaz təchizatı dayandırılıb.

İşlər başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər