Rektor əvəzinin professor statusu əlindən alındı
Sumqayıt Dövlət Universitetinin rektor əvəzi Əminağa Sadıqov professorluq statusundan məhrum edilib.
TodayPress TV xəbər verir ki, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin iclasında Sumqayıt Dövlət Universitetinin rektor əvəzi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov professorluq statusundan məhrum edilib.
Qərarın səbəbi hələ rəsmi açıqlanmayıb.
Qeyd olunur ki, Ə.Sadıqov 2010-cu ildə dosent, 2016-cı ildə isə professor elmi adına layiq görülüb.