Ramin Məmmədov xarici nümayəndələrlə din təhsili sahəsində əməkdaşlığı müzakirə etdi

Ramin Məmmədov xarici nümayəndələrlə din təhsili sahəsində əməkdaşlığı müzakirə etdi
24.10.2025 11:43 Cəmiyyət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" adlı beynəlxalq simpoziumda bir sıra xarici ölkələrin dini və elmi qurumlarının rəhbərləri ilə görüşlər keçirib.

TodayPress TV xəbər verir ki, Türkiyənin Kilis 7 Aralık Universitetinin rektoru Zekeriya Akman, Pakistanın MUSLİM İnstitutunun sədri Sahibzadə Sultan Əhməd Əli, Qazaxıstanın "Nur-Mübarək" Misir İslam Mədəniyyəti Universitetinin rektoru Əhməd Hüseyn Məhəmməd İbrahim, ABŞ-nin Baskerville İnstitutunun icraçı direktoru Bahman Baktiari, Tbilisi Ruhani Akademiyası və Seminariyasının rektoru Giorgi Zviadadze, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, Azərbaycan İlahiyyat İnstitutunun fəxri professoru Damir Muhetdinov, Rusiyanın Şeyx Abdulla Əfəndi adına İslam Universitetinin rektoru Arif Saidov ilə görüşlərdə dini-mənəvi, o cümlədən din təhsili sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

R.Məmmədov Azərbaycanda dinə və dini təhsilə göstərilən qayğının dövlət-din münasibətlərinin mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

O, qeyd edib ki, dövlətin bu sahəyə diqqəti Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış siyasətin məntiqi davamıdır və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Bu siyasətin əsas məqsədi sağlam dini mühitin qorunması, cəmiyyətin mənəvi dayanıqlılığının təmin edilməsi və din təhsilinin müasir tələblərə uyğun inkişaf etdirilməsidir.

Komitə sədri Azərbaycanın dini müxtəlifliyə və dinlərarası harmoniyaya əsaslanan cəmiyyət modeli barədə də danışıb. O vurğulayıb ki, ölkədə müxtəlif konfessiyalar arasında münasibətlər qarşılıqlı hörmət, etimad və əməkdaşlıq prinsipləri üzərində qurulub, bu isə Azərbaycanı multikulturalizm və birgəyaşayışın nümunəsi təqdim edən ölkələrdən biri kimi dünyaya təqdim edir. Ramin Məmmədov qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətində də bu meyarlar əsas kimi götürülüb.

Beynəlxalq simpoziumun əhəmiyyətinə toxunan Ramin Məmmədov bildirib ki, bu cür tədbirlər müvafiq qurumlar arasında əməkdaşlığın daha yüksək səviyyədə davam etdirilməsinə, qarşılıqlı təcrübə mübadiləsinin genişlənməsinə və ortaq təşəbbüslərin reallaşdırılmasına mühüm töhfə verir. Belə platformalar yalnız elmi mübadilə baxımından deyil, həm də strateji əməkdaşlığın möhkəmləndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Beynəlxalq simpoziumun işini yüksək qiymətləndirən qonaqlar bu ənənənin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər. Elmi tədbirlərin təşkili və müxtəlif ölkələrdən alimlərin bir araya gəlməsini mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Onlar həmçinin, Azərbaycanda mədəniyyətlər və dinlər arasında dialoqun yüksək səviyyədə inkişaf etdiyini, dövlətin bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasətin beynəlxalq aləmdə nümunə kimi dəyərləndirildiyini qeyd ediblər.

Qonaqlar bildiriblər ki, Azərbaycan dünyada qarşılıqlı hörmət və tolerantlığa əsaslanan birgəyaşayış modelinə malik ölkələrdən biri kimi tanınır.

Görüş zamanı dini təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı ideya və təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər